Söylə varmı belə sevgi

Son güncelleme: 17.12.2014 20:23
  • Məhəbbətim sönməz məşəl,yanır-yanir alovlanır ,
    Fikirlərim dinməz xəyal sən hardasan orda olur ,
    Ürəyimsə uca dağdır,döyündükcə səni anır ,
    Sevgimə bax əl çatmazdır,söylə varmı belə sevgi ...?

    Məcnun məndən geri qalıb,bu sevdanın yollarında
    Xüsusi bir yerin vardı sənin mənim həyatımda,
    Səni sevirəm bu sözləri hey deyəcəm son anımda,
    Çünki eşqim tükənməzdir söylə varmı belə sevgi ...?

    Nöqsan gəzmə gülüm məndə düz olubdu əhdim hər an
    Baxma mənə sən kənardan,yadlar təki gözəl canan,
    Lap yolunda bu canımı bil verərəm sənə qurban ,
    Sevgimə bax əl çatmazdı söylə varmı belə sevgi ...?

    Seymur Sönməz

    alıntı
#17.12.2014 20:23 0 0 0