Getdiyimiz hər yerdə mütləq söhbət dolaşıb gəlib pəhrizlərə çıxır. Dünyanın ən məşhur pəhrizlərindən biri məhz İsveç pəhrizidir. Bəs bu pəhriz necə olur, neçə kiloqram atmaq mümkündür, sağlamlığa zərəri varmı?
İsveç pəhrizi 6-13 gün arası saxlanılır, 3 aydan bir təkrarlanması vacibdir. Az kalorili yeməklər yeyilir, üstünlük protein əsaslı qidalara verilir. Məqsəd az kalorili qidalar yeyib, proteinin həzmi sürətləndirərək tez arıqlamaqdır. Bu pəhrizi saxlayanlar iki həftəyə 7-20 kq arası arıqlaya bilirlər.
Qaydalar
1. Qəhvə, çay və spirtli içkiləri az içməli.
2. Gündə 2 litr su içməli.
3. Pəhrizi 13 gündən çox saxlamamalı.
4. Pəhrizi ancaq 6-cı günündə dayandıra bilərsiniz.
5. Ancaq günorta və axşam yeməklərinin yerini dəyişdirmək olar.
Tövsiyələr
1.Brokoli tapmasanız, gülkələmi yeyə bilərsiniz.
2.Xolesterolu yüksək olanlar yumurtanın ağını yeyə bilər.
3.Ölçü və miqdarı göstərilməyən qidaları çox olmamaq şərtilə istədiyiniz qədər yeyə bilərsiniz.
4.Pəhriz ağır gəlsə, 6-cı gün dayandırıb 3 ay sonra yenə başlayın.