görüm görüşəcəm mən səninlə de nə vaxt ?

Son güncelleme:
  • Məhəbbətim cicək acıb qoxusuna ətrinə bax
    Gennən durma şimşək ol sən mənimtək cax
    Nolar məni həsrət qoyma mən cəkirəm axı ah,
    Söylə görüm görüşəcəm mən səninlə de nə vaxt ?


    Səhər-səhər fikirə bax aldı duman beynimi
    Söyle varmı səni sevən bu dünyada mən kimi
    Yazdım qəlbə damarımda axan qanla sevgimi
    Söylə görüm vüsalına yetişəcəm mən nə vaxt ?


    Qoyma nakam köcüm gedim arzularım əlində
    Ürək daş döy bir parca ət,bu sevginin önündə,
    Coşub eşqlə məhəbbətlə sevə -sevə mətinlə
    Söylə görüm bir kəlmə hə eşidəcəm mən nə vaxt ?


    Gəl görüşək biz bu gecə ayda sacsın bizə nur
    Sübhə qədər söhbət edək ikilikdə getmə dur
    Səni sevən biri varsa oda mənəm,mən Seymur
    Söylə görüm sənin fikrin de biləcəm mən nə vaxt ?

    alıntı
0 0 0