Bir adam var idi

Son güncelleme:
  • Mən elə o həmin Araz adamam,
    O mənə can atan Kür adam yoxdu...
    Uğruna o nəzir,niyaz adamam,
    Yoxdu da o ocaq,pir adam yoxdu...

    Köçsün də bir daşa daş adım onsuz,
    Aldım da dünyanı boşadım onsuz...
    Əgər yaşamaqsa,yaşadım onsuz,
    Bax bu da öldüyüm yer,adam yoxdu...

    Bəndəymiş,adicə bəndə,ürəyim,
    Bir mələk sanmışdın sən də,ürəyim...
    Bir vaxtlar,zamanlar səndə, ürəyim,
    Bir adam var idi,bir adam yoxdu...

    alıntı
0 0 0