Ürək yaz deyir

Son güncelleme:
  • Yenə axşam çağı yenə fikirlər,
    Önümdə şam yanır,edirəm seyir...
    Bəzən yoruluram bu fikirlərdən,
    Yenə şeirlərə salıram meyil,
    Əlimdə qələmim,ürək yaz deyir...

    Önümdə bir vərəq,axşam çağında,
    Fikirlər qarışır yenə ağlımda.
    Sanki bir yanğı var mənim bağrımda,
    Yenə şeirlərə salıram meyil,
    Əlimdə qələmim,ürək yaz deyir...

    Yazardım,qorxuram səhv ola birdən,
    Yazmağa həvəsim olmayır hərdən.
    Ancaq dərman olur şeir hər yerdən,
    Yenə şeirlərə salıram meyil,
    Əlimdə qələmim ürək yaz deyir...

    Ürəkdə deyəcək sözlərim çoxdur,
    Yazdığım sözlərdə pis fikir yoxdur.
    Ancaq fikirlərim qəlbimə oxdur,
    Yenə şeirlərə salıram meyil,
    Əlimdə qələmim,ürək yaz deyir...

    alıntı
0 0 0