Şam işığında

Son güncelleme: 26.12.2014 18:15
  • Yazdım məktubumu mən sətir-sətir,
    Yazdım ürək sözün şam işığında...
    Sətirlər dolaşdı,doldu gözlərim,
    Doldurdum vərəqi şam işığında...

    Məktubda ürəkdən keçəni yazdım,
    Sətirlər qarışdı,izimi azdım,
    Sanki sözlərimə bir məzar qazdım,
    Düzdüm kəlmələri şam işığında...

    Sözləri sırayla düzdüm vərəqə,
    Düşündüm önəmli keçən hər dəyqə.
    Ürəkdə dözməyir daha bir dərdə,
    Yazdım dərdlərimi şam işığında...

    Nə qədər doluymuş ürək sözlərim,
    Daha dik durduqca tutmur dizlərim.
    Görən qalacaqmı mənim izlərim,
    Sordum sualları şam işığında...

    Bu məktub heç kimə çatmayacaqki,
    Nədə əlim onu atmayacaqki.
    Heç kimin könlünə yatmayacaqki,
    Özümə yazıram şam işığında...

    alıntı
#26.12.2014 18:15 0 0 0