Disbakteriozun əlamətləri

Son güncelleme: 27.12.2014 15:03
  • — immunitetin zəifləməsi;

    — kəskin bağırsaq infeksiyalarının (KBİ) baş verməsi;

    — kəskin respirator xəstəlikləri (KRX) və kəskin respirator virus xəstəliklərinin (KRVX) artması (tezləşməsi);

    — ishal və ya qəbizlik formasında olan nəcis ifrazı pozğunluqları;

    — metiorizm – bağırsaqlarda qazların artıq miqdarda yaranması;

    — qarında dartıcı və sıxıcı xarakterdə ağrıların olması;

    — yoğun bağırsağa barmaqlarla təzyiq edərkən xeyli səsli qurultu və şırıltının eşidilməsi;

    — tez hirslənmə, məyusluq, əhvalın tez-tez dəyişməsi, depressiya, başgicəllənmə, yuxunun pozulması, tez yorulmaq, səbəbsiz olan ağlağanlıq, əhvalın kədərli olması;

    — ağızdan pis qoxunun gəlməsi;

    — bədəndən pis qoxunun gəlməsi;

    — dəri elastikliyini itirir, sallanır və dəridə xeyli dərəcədə qırışlar əmələ gəlir;

    — saçların deformasiyası və tökülməsi;

    — selikli qişalarda və dəridə çatların əmələ gəlməsi;

    — dəridə səpgilər, sızanaqlar və civzələrin, ekzemanın əmələ gəlməsi, qaşınmanın olması ilə müşayiət olunan — xroniki qida allergiyası vəziyyəti;

    — bəzi hallarda temperaturun bir qədər yüksəlməsi qeyd edilir.

    Bu əlamətləri özündə hiss edən kimi, dərhal həkimə müraciət edin.

    alıntı

    https://www.main-board.com/saglamliq/791814-bagirsaq-disbakteriozu.html#post5178136
#27.12.2014 15:03 0 0 0