Fatihə surəsinin şərhi

Son güncelleme:
  • Həmd etmək.

    "Həmd Allahındır" məsələsi ilə bağlı Əbu Hurəyrə və Əbu Səid əl-Xudri (r.a) rəvayət edirlər ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Qul “Həmd Allahındır” dediyi zaman, Allah da: “Qulum doğru söylədi. Həmd ediləcək tək mənədir” deyə buyurar." Eləcə də, Ənəs b. Malik (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı [Qurani Kərim] onun üzərinə olsun) belə buyurdu: "Hər kim bir şey yediyi zaman Allaha həmd etməsi yaxud bir şey içdiyi zaman Allaha həmd etməsi səbəbindən Allah qulundan razı olar. " (Müslim, Zikr 89). Şəkk yoxdur ki, nə qədər nemət varsa, əl-hamdulilləh (həmd Allahadır) demək ondan daha fəzilətlidir. Çünki Ənəs b. Malik (r.a) rəvayət edir ki, Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "İçindəki hər şeyiylə birlikdə dünya, mənim ümmətimdən bir kişinin əlində olarsa, daha sonra da bu adam əl-hamdülilləh deyəcək olsa, bu əl-hamdülilləh heç şübhəsiz bütün bu nemətlərdən daha fəzilətli olar.

    " (Əs-Siracu'l-Mü-nir, 3, 195). Deyirəm: Hədisin mənası budur ki, Bir adama dünya verilmiş və daha sonra da ona “əl-hamdulilləh” sözü pay edilib onu söyləməsi lütfündə olmuş isə, söylədiyi “əlhamdülilləh” sözü bütün dünyadan daha fəzilətlidir. Çünki dünya fanidir, söylədiyi “əlhamdülilləh” sözü isə əbədidir. Ona görə də “əl-hamdülilləh” sözü "geriyə qalan qalıcı saleh əməllər" arasındadır. Onsuz da Uca Allah belə buyurmuşdur: "Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!" (Kəhf, 18/46) Şəkk yoxdur ki, “əl-hamdülilləh” sözünü demək də Allahın lütfündəndir. Bu məsələ ilə bağlı Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) belə izah etmişdir: "Allahın qullarından biri, “Ey mənim Rəbbim, şəxsinin Cəlalına, səltənətinin əzəmətinə yaraşacaq şəkildə sənə həmd edirəm” dedi.

    Yazıçı mələklər üçün bunu yazmaq çətin gəldi. Bunu necə yazacaqlarını bilmədilər. Səmaya çıxışlar və belə dedilər: Ey Rəbbimiz, sənin qulun elə bir söz söylədi ki, onu necə yazacağımızı bilmirik İzzət və Cəlal sahibi olan Allah qulunun nə söylədiyini daha yaxşı bildiyi halda deyər ki: Qulum nə dedi? Mələklər: Ey Rəbbimiz, o belə dedi: Ey mənim Rəbbim, şəxsinin Cəlalına, səltənətinin əzəmətinə yaraşar şəkildə sənə həmd edirəm, dedi. Uca Allah o iki mələyə belə dedi: Bu sözü qulumun söylədiyi şəkildə yazınız. Nəhayət o mənə qovuşacağında o sözün qarşılığını mən ona (mükafatımı) verəcəyəm." (İbn Mace, Ədəb 55).

    alıntı
0 0 0