Elm adamları, Allahın qulu: "əl-hamdülillahir rabbi'l aləmin" deməsininmi yoxsa "lə iləhə illəllah" deməsininmi daha fəzilətli olacağı barəsində fərqli fikirlər qeyd etmişlər. Birinci rəyi dəstəkləyən elm adamları: "əl-hamdülillahir rabbi'l-aləmin" deməsinin daha fəzilətli olacağını söyləmişlər. Çünki bu həmdin əhatəsi içərisində "lə iləhə illəllah" deyə ifadə edilən tövhid də var.
Buna görə Allahın qulu "əlhamdülillah" deməsində həm tövhid, həm də həmd vardır. Lakin "lə ilahə illəllah" deməsində yalnız tövhid sözüdür qəsd olunur iddia etmişlər. Amma ikinci rəyi dəstəkləyən bəzi elm adamları isə: "lə iləhə illəllah" demənin daha fəzilətli olacağını iddia etmişlər. Çünki bu tövhid sözü küfr və şirki rədd edir.
Bunun deyilməsi üçün insanlarla döyüşməyə əmr olunduğunu demişlər. Çünki Allahın Elçisi (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) : "Mən insanlarla “lə ilahə illəllah” sözünü dəyənə qədər döyüşməklə əmr olundum" deyə buyurmuşdur. (Buxari, İman 17, Salət 28..., Müslim, İman 32).
Beləliklə ən doğru və səhih olan ikinci rəydir. Cünki "lə iləhə illəllah" cümləsində həm tövhid, həm də Allaha həmd ilə tərif daxildir. Eyni zamanda birinci rəydə qiyas vardır, amma səhih hədis olan zaman qiyas olunmaz, çünki səhih hədisdə bunun daha hansı fazilətli olduğuna hökm verən Peyğəmbərin (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) bu dediyirdir: "Mən və məndən əvvəlki bütün peyğəmbərlərin söylədiyi ən fəzilətli söz; lə ilahə illəllah vəhdəhu lə şərikə ləh (Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur, O bir və təktir, Onun heç bir şərikidə yoxdur) sözüdür." (Tirmizi, Dəavət 122; Muvəttə, Qur'an 32, Hacc 246.)
Aləmlərin Rəbbi.
Müsəlmanlar, Uca Allahın digər bütün nemətlərinə təriflənməyə, həmd edilməyinə dəmək olduğu üzərində icma etmişlər. Allahın lütf etdiyi nemətlərdən biri də imandır. Bu da imanın Allahın hərəkəti və yaratması ilə olduğunun dəlilidir. Buna dəlil də Uca Rəbbimizin:
"Aləmlərin rəbbi" buyruğudur. Aləmlər isə, bütün yaratıkları ifadə edər. Bunlardan biri də imandır. Təbəri deyir ki: “Aləmlərin Rəbbi: İnsanların, cinlərin, mələklərin, göylərin və yerin rəbbi deməkdir. Ərəb dilində "Rəb" sözü, "Özünə itaət edilən ağa, bir şeyi düzəldib düz edən, bir şeyin sahibi" mənasını ifadə edir.”
Həmdin mənası.
"Həmd"in ərəb dilindəki mənası əskiksiz tərif, "səna"dır. Yəni Həmd. təzim istiqamətiylə gözəl bir şekilde Allaha tərif etməkdir. Qurtubi, «Ərəb dilində həmdin mənası, mükəmməl bir surətdə tərifləməkdir” demişdir. “Əl-həmd” sözünün əvvəlində gələn əlif və ləm hərifləri bütün həmd və tərif növlərinin yalnız Allah üçün zikir olunduğunu mənasını verir. Uca Allah bütün həmdləri haqq edəndir. Çünki ən gözəl adlar və ən uca sifətlər onundur. Təbəri deyir ki:
"Əlhamdulilləh” kəlməsin mənası bütün tərif və şükrlər Allaha məxsusdur." deməkdir.