Əbu Cəfər ət-Təbəri ilə Əbul-Abbas əl-Mübərrəd, həmd ilə şükürün eyni mənada olduğunu söyləmişlər. Lakin İmam Qurtubi bu fikir doğru olmadığını qeyd etmişdir. Eyni zamanda ət- Təbəri həmd ilə şükür sözün eyni mənanı verdiyini dəlil göstərmək üçün insanın şükür olmaq üzrə "Allaha həmd olsun" deməsinin doğru olacağını dəlil göstərmişdir. Cəfər əs-Sadiq və İbn Atanın dediklərinə görə: “Həmdin mənası Allaha şükür etməkdir. Çünki onun bizə şəxsinə həmd etməyinin öyrətməsi səbəbindən O, bizə bu sahədəki lütfünü xatırlatmaqdadır” Təbəri deyir ki: “Həmd: Allahın gözəl ad və sifətləridir.
Şükür isə Allahın verdiyi nemətlərdən ötəri tərifləməkdir. Bəzi elm adamı demişdirlər: “Şükür həmddən daha ümumidir. Çünki şükür həm dil ilə həm orqanlarla həm də ürək ilə olar, Amma həmd isə yalnız dil ilə olar” Digər elm adamları isə: “Həmdin daha ümumi əhatəli olduğunu və həmd, həm şükür mənasını həm tərifləmək mənasını əhatə etməkdədir. Bu isə şükürdən daha ümumidir. Həmd, şükür yerinə istifadə edilə bildiyi halda şükür həmd yerinə istifadə edilə bilmədiyi haldadır” demişlər. İbn Abbas (r.a) bu barədə belə demişdir: “Əl-hamdulilləh şükür edən hər kəsin istifadə etdiyi bir sözdür. Adəm (ə) da asqırdığı zaman "əl-hamdulilləh" demişdir.”
Uca Allah Nuha (ə) belə deməsini əmr etmişdir: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” de.” (əl- Muminun, 28). İbrahim (ə) də belə demişdir: "Qocalığımda Mənə İsmayılı və İshakı bağışlayan Allaha həmd olsun." (İbrahim, 39). Davud ilə Süleyman (ə) hekayəsində də Uca Allah bizə bunu xatırlamaqdadır: "Onların ikisi dedi ki: Bizi bir çox mömin qullarından üstün tutan Allaha həmd olsun." (Nəml, 15) Uca Allah sonuncu Peyğəmbəri sayılan Məhəmmədə (Allahın xeyir-duası və salamı onun üzərinə olsun) da belə əmr etmişdir: “De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü (Özünə kömək edəcək) heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” (İsra, 111). Cənnət-əhli də belə deyəcəklər:
“Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun!” (Fatır, 34) “Və dualarının sonunda: “Həmd olsun aləmlərin Rəbbi olan Allaha!” (sözləri olacaqdır). (Yunus, 10). Buna görə "Əlhamdulilləh" cümləsi şükür edən hər kəsin söylədiyi sözdür. Uca Allahın: "Əl-hamdulilləh" buyruğu ilə əlaqədar olaraq Cəfər əs-Sadiq (ə) belə demişdir: “Uca Allahı yaxşı şəkildə sifətləri ilə tərifləyən hər kimsə Allaha həmd etmiş olar.” Eləcə də, deyirəm: Allaha həmd etmək üç şəkildə olar: Birincisi, Allah sənə bir şey verdiyi zaman o şeyi sənə kimin verdiyini bilib tanımaqdır. İkincisi, sənə verdiyi şeyə razı olmağındır. Üçüncüsü isə onun lütf etdiyi güc sənin bədənində qalmağa davam etdiyi müddətcə hər hansı bir şəkildə Allaha üsyan etməməkdir. Ona görə də bunlar Allaha həmd etmənin şərtləridir.