Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 23 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Ayrılıq
Ayrılıq
140
Son güncelleme:
05.01.2015 12:48
BiR-DOST
Mən səni sevərkən, bilmirdim bir gün,
Ayrılıq qəlbimə qonaq gələcək.
Qapımı döymədən girib içəri,
Sondasa səninlə köçüb gedəcək.
Ayrılıq günahkar desəm də, ancaq,
Ən böyük günahkar səndin əslində.
Dəvət etməsəydin, çağırmasaydın,
Ayrılıq gəlməzdi qonaq qismində.
Gedərkən, gözlərin dolaraq mənə,
Dedin, səni sevmədim, sevməyəcəm də.
Əgər şad idinsə bu gedişinə,
Nə üçün göz yaşın axdı gözündən.
Sən yoxsan, amma ki xatirələrin,
Hər gecə yatarkən görüşür mənlə.
O da vəfasıztək, tərk edir məni,
Yenə də qalıram özüm-özümlə.
Hansısa şəhərdə, yaxud küçədə,
Əgər illər sonra rastlaşsaq sənlə.
Sən mənə baxarsan bədbəxt görkəmdə,
Mənsə yanımdakı başqa gözələ...
Müəllif: Nicat Babaşov
alıntı
#05.01.2015 12:48
0
0
0
Önceki Konu:
Həyat
Sonraki Konu:
Neyleyim
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma