Neyleyim

Son güncelleme: 05.01.2015 20:39
  • Bugün də bir rəsmin dəydi gözümə,
    Söyləyim, unuda bilmirəm səni.
    İllərdir, ürəyim baxmır sözümə,
    Neyləyim, unuda bilmirəm səni.

    noimage

    Sözündən acısan, üzündən şirin,
    Neyləsən, qəlbimdən silinməz yerin,
    Məni tək buraxmır xatirələrin,
    Neyləyim, unuda bilmirəm səni.

    noimage

    Bəlkə, tale quşu qonub başına,
    Gələcək qismətin çıxıb qarşına ?!
    Başım məskən olub hicran quşuna,
    Neyləyim, unuda bilmirəm səni.

    noimage

    Bir dosta-tanışa qarışmadım da,
    Lal oldum, sevgimi danışmadım da,
    Mən səni anmağa çalışmadım da
    Çalışdım, unuda bilmədim səni.

    noimage
    (Ali Aziz)
#05.01.2015 20:39 0 0 0