Gözləmə - Orxan Bahadırsoy

Son güncelleme: 11.01.2015 12:46
  • O sevdi-sevmədi nəyinə gərək?
    Sən onsuz da onu sevirsən ürək!
    Düşünmə gələcək ya gəlməyəcək!?
    Gözünü yollara dikib gözləmə!

    Bilirəm, dəlitək ona möhtacsan!
    Eşqinə susuzsan, rəhminə acsan!
    Kiminçünsə sən də bir ehtiyacsan!
    Yazıq-yazıq boyun büküb gözləmə!

    Acizsən, bu sevgi məhv edər səni!
    Boş-boş xəyalların çox didər səni!
    Sevgisiz qollar da üşüdər səni!
    Onun yolunda diz çöküb gözləmə!

    Min tənə kar etməz qəlbən sevənə!
    Dünya tərsə dönsə sevərsən yenə!
    Ondan da yaxşısı layiqdir sənə!
    İndi göz yaşları töküb gözləmə!

    Müəllif: Orxan Bahadırsoy

    alıntı
#11.01.2015 12:46 0 0 0