Tapa bilmirəm

Son güncelleme:
  • Qarşımda uzaq yol,gedirəm elə,
    Səadət qaçarmış,çata bilmirəm!
    Yandı məhəbbətim,qarışdı külə,
    İçində heç köz də tapa bilmirəm!

    Bu ömür yolunu adlamaq çətin,
    Özün öz qəlbini odlamaq çətin...
    Yalanla bacarmır düz həqiqətin,
    Acı fikirlərdən yata bilmirəm!

    Şair də meydanda tək qalıb indi,
    Düşməni az deyil,milyondu mindi.
    Yenə qaçmaq üçün atına mindi,
    Heyif ki dördnala çapa bilmirəm!

    alıntı
0 0 0