Əvəzsizsən müxtəlifsən həyatımda birdənəsən

Son güncelleme: 14.01.2015 21:11
  • Öpüşünə öpüş qatım,nəfəsinlə mən isinim,
    Busən ilə qalxım zilə,ucalıqdan heç enmiyim.
    Açılmasın bu gün səhər,qoy gecəmiz ay əzizim,
    Xüsusi bir gecə olsun,Sən ulduz ol,məndəki Ay.

    İkilikdə bu gecəni məhəbbətlə vuraq başa,
    Neçə ilin həsrətini qovuşduraq cüt biz qoşa.
    Sən Leyli ol,mənsə Məcnun bir tamaşa,
    Xüsusi bir obraz olsun,sən məşuq ol,mənsə aşiq.

    Yeni ildə yeni arzu,diləyimə bir baxsan sən,
    Əvəzsizsən,müxtəlifsən,həyatımda birdənəsən.
    Uca Rəbbdən istəyirəm,solmaz olan çiçəyimsən,
    Xüsusi bir həyat olsun,Sən bağca ol,mənsə bağban.

    Seymur Sönməz

    alıntı
#14.01.2015 12:21 0 0 0
#14.01.2015 21:11 0 0 0