Ay ölüm

Son güncelleme:
  • Həyat sıxma məni,bir gūn öləcəm
    Bu qədər insan var ,bir mənmi çoxam?
    Necə gəldim eləcədə gedəcəm
    Dur hələ vaxta var gəlmə ay ölüm

    Bu dünya imtahan,insan sınaqda
    Günahlar edirik şeytan soraqda
    Görəcəyim günlərim var qabaqda
    Dur hələ vaxta var gəlmə ay ölüm

    Ya Rəbbim böyüksən sənin qulunam
    Alın yazısına qane olanam
    O qədər qoca var mənki cavanam
    Dur hələ vaxta var gəlmə ay ölüm

    Görūləsi çox payızım yazım var
    Kimə nə zərərim nə ziyanım var
    Ölsəm,dərdimnən öləcək anam var
    Dur hələ vaxta var gəlmə ay ölüm


    Muxtarov Araz

    alıntı
0 0 0