Sony mağazalarını bağlayır

Son güncelleme:
  • Sony şirkəti Kanadada yerləşən ticarət nöqtələrini bağlayır. Bu haqda CTV telekanalı məlumat verib.

    Yapon korporasiyasının Kanadada yerləşən nümayəndəliyindən bildiriblər ki, şirkətin Vankuver, Toronto, Ottava, Monreal və Kvebekdəki bütün 14 mağazası 6-8 həftə ərzində bağlanacaq. 90 əməkdaş ixtisar ediləcək.

    Sony nümayəndələri öz pərakəndə nöqtələrinin bağlanma səbəbini açıqlamayıblar.

    Bundan əvvəl Sony şirkəti Kanadada artıq bir neçə mağazasını bağlayıb.

    alıntı
0 0 0