Bu sevginin ömrü bura qədərmiş

Son güncelleme: 28.01.2015 22:21
  • Bu dünyada əbədilik nə var ki,
    Ömür kimi hər şey gəldi-gedərmiş
    Nə sevginin günahı var nə bizim
    Bu sevginin ömrü bura qədərmiş.

    noimage

    Məcnun ahı, Leylinin göz yaşları
    Nə biləydik əfsanəymiş, hədərmiş
    Qəm eyləmə, hər yolun bir sonu var
    Bu sevginin ömrü bura qədərmiş.

    noimage

    Gülə-gülə başlamışdıq bu eşqi
    Axırında göz yaşıymış, kədərmiş
    Məhəbbətin payız fəsli var imiş
    Bu sevginin ömrü bura qədərmiş.

    noimage

    Ayrılırıq xatirələr içində
    Bu ayrılıq ölümdən də betərmiş
    Təsəllimiz bu olacaq, sevgilim
    Bu sevginin ömrü bura qədərmiş...

    noimage
#28.01.2015 22:21 0 0 0