Çox istədim unudam sənlə keçən günlərimi
Bacarmaram omr edim sənsiz ötən illərimi
Sanki bülbülsüz qoydun eşq bağımda güllərimi
Sənsiz qərarimda yox, zülmət olub gündüzlərim
Sevgilim ayrılığın mənə əzab verir, yorur
Nəzər salsan bu cavan həsrətdən saralır, solur
Sənsiz ürək döyünmür, damarimda qanim donur
Gedişin yıxıb məni, bax bükülübdur dizlərim
Bilmirəm necə sevdim, mən eşqinə oldum kölə
MƏNİ məcnun edib sən didərgin saldin çölə
Ey vəfasiz qoymaki, aşiqin həsrətlə ölə
Budur senden xaişim, budur sənə son sözlərim