Özümdə bilmədimki

Son güncelleme:
  • Mən bu gün qəribəyəm bir az başqa olmuşam
    Bir az uşaqlaşmışam birazcada dolmuşam
    Baxıb aynada özmə xəyala qərq olmuşam
    Ötən günlər nə tezcə ötüşdü hec bilmədən
    Saclarıma düşdü dən
    Tapdı məni kədər qəm
    Sanki oldum bihuş dəm
    Özümdə bilmədim ki özlüyümdə kiməm mən ...


    Mənim şikayətim var getdim dənizə sarı
    Bəlkə carəm tapıla dedim dinmədi barı
    Xəyal tükənib bitdi göz önümə hasarı
    Nişan verdi həsrəti
    Yazan yazib qisməti
    Anlamaq hec qəti
    Özümdə bilmədimki ,özlüyümdə kiməm mən .

    Doğurdanda fırlanır öz cərcivəsində dünya
    Nə gözəl yaradıbdı bəşəri uca Xuda
    Bir gün nəzər salsanız nakam gedən Seymura
    Köcdü getdi dünyadan
    Ayılmamış röyadan
    Cavabına sualdan
    Özümdə bilmədimki ,özlüyümdə kiməm mən

    alıntı
0 0 0