Sən bir xəyal kimi gözümdən itdin - 1

Son güncelleme: 24.02.2015 14:04
  • Ya dəli ol,ya dərdli ol,
    Biri bilsə,beşi bilməz.
    Bu küləkdə hönkürtüylə,
    Ağlasanda eşidilməz.
    (S.Yusifoğlu)


    Burda çiçəklər tez solur,
    Burda küləklər saç yolur.
    Öldüm qutardım,nə olur,
    Apar məni buralardan.
    (R.Behrudi)


    Yuxuna gəlim sənin,
    Saçıma bir sığal çək.
    Bu ürək həsrətinə,
    Onsuzda dözməyəcək.
    (B.Səfa)


    Əlvida sevgilim,gedirəm...
    Məni bir daha səsləmə.
    Özüm də bilmirəm nə edirəm.
    Sabaha ümidlər bəsləmə,
    ...Əlvida,sevgilim,gedirəm...
    Səni yox,özümü tərk edirəm.
    (N.Paşayeva)


    Yalnız indi anladım,
    Sən daha mənimçün...
    Əlçatmaz bir çiçəksən.
    Yaşanmış günlərim tək,
    Geri dönməyəcəksən...
    (B.Vahabzadə)


    O küskün xatirələr,
    Susacaq,dinməyəcək.
    Bahar dönəcək yenə,
    Bu sevgi dönməyəcək.
    Unudaram hər şeyi,
    Unudaram mən səni
    Ürəyim dözməz ancaq,
    Özgəylə görsəm səni...
    (N.Kəsəmənli)


    Dilədiyim yerlərə uçub gedə biləydim,
    Orda yuva quraydım bir qızılgül kolunda
    Mən bir yabançı,dünya yalançı...
    (A.Mirseyid)


    Səhəri açmaq...
    Səhəri açmaq daş daşımaqdı,
    Gözlərimdən yaş daşımaqdı içəri,
    Ürəyimin cırılmış şəkli,
    Səni yapışqan biləcək...
    Qapına gələcək...
    (S.Həsənli)

    alıntı

    https://www.main-board.com/azerbaycan-edebiyyati-ve-incesenet/795880-sen-bir-xeyal-kimi-gozumden-itdin-2-a.html#post5185570
#24.02.2015 14:04 0 0 0