Gözlərimdən yuxuları,
Ərşə çəkib getdin o gün.
Bir tikanlı qızılgül tək,
Ürəyimdən bitdin o gün.
Xəyal kimi,röya kimi,
İlim-İlim itdin o gün.
Qəlbimdə sən,fikrimdə sən,
Hissim də sən səhər-axşam,
Sənsiz yaman darıxmışam,
Sənsiz yaman darıxmışam...
(Z.Ülvi)
Məni bu günümdə axtarma,görmə.
Qorxuram görərsən yazığın gələr.
Həsrətin qonduqca kirpiklərimə,
Üstünə qar yağar dolu ələnər...
(V.Əziz)
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək ayrıca şəhərimiz yok.
Bəlkə də biz xoşbəxt ola bilərdik,
Bəlkə də,xoşbəxtik xəbərimiz yox...
(R.Rövşən)
İndi sən...
Yaşanmış acıların içində
Uzaq xatirələrə ən yaxın gün...
Səhra çiçəklərinin bir udum nəfəs kimi,
canına çəkdiyi...
Yaz yağmurunamı döndün?!
(Sədaqət)
Mən bulaq tək quruyub,
Sən gül kimi solaydın.
Gərək ya mən öləydim,
Ya sən dəli olaydın.
(N.Kəsəmənli)
Görəsən bu göyün altda,
məni istəyən varmı,İlahi...
Bir gözləyən varmı,məni görəsən?
Hər şeyi...
Hər şeyi atıb bu saat,
gedib o adamı arayım,tapım,
Söykəyim çiyninə yanan başımı...
axıdım ovcuna bu göz yaşımı...
(Rasət)
Nə söyləsəm saxlamaz,göz yaşlarım səni,
Hara getsən qoruyar,baxışlarım səni.
Haçan dönsən onu bil,bağışlaram səni...
(B.Vəziroğlu)