Unudardım

Son güncelleme: 06.03.2015 22:01
  • Öldür məni,neynirəmsə,bacarmıram,

    Bacarsaydım,arxanca bir daş atardım,

    Bu sevgini atammıram,qaçammıram -

    Qaça bilsəm, gözlərini unudardım.

    noimage

    Düşünməzdim əllərini,izlərini,

    Saçlarını,nəfəsini,sözlərini,

    öpə-öpə baş qoyduğum dizlərini,

    Kül eləyib közlərini unudardım.

    noimage

    Unudardım,unutmalı çox şeyim var,

    üzü dönmüş,canı yanmış taleyim var,

    Sənsiz olan hər anımdan gileyim var –

    Gileyi yox,ama səni unudardım.

    noimage

    Məni necə yandırmısan? - Od deyilsən,

    Qəhərlisən,ayrılığa şad deyilsən?

    Ərköyünsən,bilirsən ki,yad deyilsən -

    Ad olsaydın...

    noimage

    Öldür məni,neynirəmsə,bacarmıram,

    Sən vurduğun düyünləri açammıram,

    Zindan oldun,gülüm səndən qaçammıram -

    Qaça bilsəm,bu canımı qutarardım...

    noimage

    Vahid Əziz
#06.03.2015 22:01 0 0 0