Zeytun yağı həm də ən yaxşı təmizləyicidir

Son güncelleme:
  • 1. Zeytun yağı saçları divar boyasından təmizləyir. Bunun üçün bir parça pambığı zeytun yağına batırıb saçınızı ovuşdurun.

    2. Parlaqlığını itirən mebelinizi əvvəlki vəziyyətinə qaytarmaq üçün 2 ölçü zeytun yağı və 1 ölçü limon şirəsini şüşəyə töküb çalxaladıqdan sonra mebelin üzərinə vurun. Bir neçə dəqiqə saxlayıb parça və ya kağız salfetlə təmizləyin.

    3. Zeytun yağından saçnəmləndirici kimi də istifadə edə bilərsiniz: yarım fincan zeytun yağını isidib (lakin qaynatmayın), bol-bol saçınıza vurun. Saçınızı plastik örtüklə bağlayıb, 45 dəqiqə gözlədikdən sonra şampunlayaraq yuyun.

    4. Üz qırxmaq üçün istifadə etdiyiniz krem qurtarıbsa, o zaman zeytun yağı köməyinizə çatar, yəni krem əvəzinə zeytun yağı işlədə bilərsiniz.

    5. Əllərinizi yağ və boyadan təmizləmək üçün 1 çay qaşığı zeytun yağı və 1 çay qaşığı duz, yaxud şəkər tozunu qarışdırıb əl və barmaqlarınızı ovuşdurun. Sonra sabunlayıb yuyun. Əllərinizin dərisi daha yumşaq və təmiz olacaqdır.

    6. Zeytun yağını əlcəklərinizin quruyan hissələrinə parça vasitəsilə vurun.

    alıntı
0 0 0