Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 0 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Gülüm
Gülüm
129
Son güncelleme:
11.03.2015 15:15
BiR-DOST
Gülüm,necə dözüm ayrılığına,
həsrətdən-əzabdan sıxılır ürək!
Dönmüşəm saralan gül saplağına,
kədər-qəm selində boğulur ürək!
Səni həyatımın mənası bilib,
yenə yaşamağa can atdım,gülüm!
Ala gözlərindən o yaşı silib,
qəlbimin közünü qopartdım,gülüm!
Mən eşqin qoynunda indi boğulub,
əzabdan bir bəylik geyinəcəyəm
Taleyim həsrətlə ekiz doğulub,
ölsəm də,tək səni bəyənəcəyəm!
Dünya gözəlləşdi,sən əziz oldun,
duydum ki,həyat da şirindir,şirin,
Məhəbbət ən həzin nəğməmiz oldu,
düşsək də toruna yamanın-şərin!
Heyif ki sərhəddir hələ arada,
bir şirin vüsala adət-ənənə
Yenə də qalımmı,gülüm,yarıda,
həsrətlı qalımmı gülüşlərinə!
Eh,dözmək çətindir qəmə bu yaşda,
sənin eşqini də bilirəm özüm
Günahım varsa da,məni bağışla,
sevirəm,sevirəm səni,əzizim!
Gülüm,necə dözüm ayrılığına,
sənsiz bu ürəyə necə "Sev,"-deyim!
Vurğunam qəlbinin duruluğuna,
gəl,itir həsrəti daha,sevdiyim!
alıntı
#11.03.2015 15:15
0
0
0
Önceki Konu:
Zeytun yağı həm də ən yaxşı təmizləyicidir
Sonraki Konu:
WhatsApp'dan xoş xəbər
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma