Səni yıxmasın

Son güncelleme: 12.03.2015 21:19
  • Sənə nə söyləyir içindəki səs?
    Peşiman etməsin,səni bir həvəs.
    Onsuz da,bu dünya zəncirli qəfəs,
    Məni sıxır,barı səni sıxmasın.

    noimage

    Yada paylananda sevincdən beş-beş,
    Fələk iynə verdi,dedi qəbir eş.
    Nə bəxtim ağ oldu,nə də zərim şeş,
    Mənə çıxan, barı sənə çıxmasın.

    noimage

    Bilirəm ki,arzu həyat naxışdı,
    Fəqət ömrü, bir lal suyun axışıdı.
    Arzu var ki,qəlbdə qalsa yaxşıdı,
    Qıymıram qoy,gözündən yaş axmasın.

    noimage

    Hər olanda var tanrıdan kəramət,
    Bizə düşən,səbr,şükür,mətanət.
    Rəhimlinin evin yıxan xəyanət,
    Amandır,sənin yuvanı yıxmasın.

    noimage
#12.03.2015 21:19 0 0 0