Səni deyib gəzirəm

Son güncelleme: 12.03.2015 21:21
  • Kaş Allahım bircə dəfə yarı yara yetirə
    Nağıl ola...Eşq küləyi sənə mənə gətirə
    Mənimlədir hər anımda səndən qalan xatirə,
    Xatirələr qucağında səni deyib gəzirəm.

    noimage

    Bütün günü xəyalını arzularam,anaram,
    Mən də özüm kimi məni sevdiyini sanaram.
    Sənə olan eşqimdən yox,sənsizlikdən yanaram,
    Həsrətinin ocağında səni deyib gəzirəm.

    noimage

    Gözlərindən ilham alıb,qəlbim sənə vuruldu,
    Yollarını gözləməkdən gözlərim də yoruldu,
    Sən də gəlib çıxmayınca ümidlərim qırıldı...
    Xəyalının sorağında səni deyib gəzirəm.

    noimage
#12.03.2015 21:21 0 0 0