Güllərinizin təravətli qalması üçün

Son güncelleme: 17.03.2015 14:12
  • Güllərinizin uzun müddət təravətli qalması üçün sadə bir üsul;

    Bizə hədiyyə edilən güllərin tez solmağını heç birimiz istəmərik.

    Hələ o güllər bizim sevdiyimiz biri tərəfindən verilərsə. Ona görə sizlərlə bildiyim bir fikiri bölüşmək istədim.

    Gülləri güldana qoymazdan əvvəl onların çox açılmış 3-4 ləçəyini qoparıb tumurcuq halına salırıq və sonra güldana qoyduqda suyun içərisinə yarpaqlar düşür həmən yarpaqlar suda qaldığı üçün sudan pis qoxu gəlməsinə və güllərimizin tez xarab olmasına səbəb olur.

    Bunların olmamağı üçün suya düşən yarpaqlarıda qoparırıq və gülümüzün çubuq hissəinin ucundan biraz kəsirik.

    Sonra güldandakı suyun içərisinə biraz sirkə əlavə edirik birazda şəkər atırıq. Güllərimizi həmən güldana qoyuruq və 10 gündən bir suyu yeniləyirik.

    alıntı
#17.03.2015 14:12 0 0 0