Himad bin Ömər (حماد بن عمر Həzrət İmam Sadiq (ə)-dan rəvayət edərək demişdir ki, o böyük imam öz əziz ata-babaları vasitəsilə Əli (əs)-dan nəql etmişdir ki, peyğəmbər ona belə buyurdu:
* Ey Əli! Sənə edəcəyim vəsiyyəti yaxşı yadında saxla və ona riayət et. Nə qədər ki, mənim vəsiyyətimi unutmayıb ona riayət edəcəksən, həmişə xeyir tapacaqsan.
* Ey Əli! Kim göstərə biləcəyi qəzəbini yatırıb uda bilsə, Allah qiyamət günü ona ləzzətini dada biləcəyi əmin-amanlıq əta edər.Daha fazla…* Ey Əli! Ölüm ayağında olan hər bir kəs yaxşı və ədalətli vəsiyyət etməsə, deməli həmin adamın mürüvvətində və cavanmərdliyində nöqsan var və o adam şəfaət məqamına nail olmaz.
* Ey Əli! Cihadın ən üstünü odur ki, insan səhər yerindən qalxdığında bir kəsə zülm və sitəm fikirində olmasın.
* Ey Əli! Əgər camaat bir kəsin dilindən qorxuda olarsa həmin kəs cəhənnəmlik olar.
* Ey Əli! Ən pis adam odur ki, camaat onun bədxahlığının, dilinin yamanlılığının qorxusundan ona hörmət etsin və onun pisliyi nəql olunsun.
* Ey Əli! Ən pis adam o kəsdir ki, axirətini dünyasına satsın, ondan da pisi o şəxsdir ki, axirətini başqasının dünyası üçün satsın.
* Ey Əli! Hər kəs, üzürxahlıq istəyən kəsin üzrünü–istər doğru danışan olsun, istərsə də yalançı–qəbul etməsə, mənim şəfaətimə nail olmayacaqdır.
* Ey Əli! Allah-təala xeyir bir iş üçün (insanlar arasında sülhü bərqərar etmək qəsdi ilə) deyilən yalanı, fitnə-fəsada səbəb olacaq doğrudan daha çox sevir.
* Ey Əli! Şərabı hətta Allahdan qeyrisi xatirinə tərk edən kəsə, Allah behişt şərbəti içirdəcəkdir.Əli (əs) soruşdu: Hətta Allahdan qeyrisi xatirinə?!Buyurdu: Bəli, Allaha and olsun ki, belədir. Əgər insan özünü qorumaq məqsədi ilə də olsa, şərabı tərk etsə, Allah onun bu işindən qədirdanlıq edəcəkdir.
* Ey Əli! Şərabxor bütpərəst kimidir.
* Ey Əli! Allah qırx gün şərab içmiş adamın namazını qəbul etməz. Əgər bu qırx gün içərisində ölsə, kafir olaraq ölmüşdür. (şeyx Səduq son cümlənin açıqlamasında buyurur: Yə`ni, əgər şərabı halal bilsə və onun haramlığını inkar edərək ölsə.)
* Ey Əli! Hər məstedici haramdır. Hətta çox içildikdə məstlik gətirən bir şeyi bir qurtumu da olsa, haramdır!
* Ey Əli! Bütün günahlar bir evdə toplanmışdır, o evin açarı şərabxorluqdur.
* Ey Əli! Şərabxor günün müəyyən saatında elə halda olur ki, həmin anda Allah-təalanı tanımır.
* Ey Əli! Möhkəm dağları yerindən qopartmaq, [Allah tərəfindən] müqəddər olunmuş (tə`yin olunmuş) müddəti başa çatmamış bir padşahı və səltənəti yerindən qopartmaqdan daha asandır.
* Ey Əli! Nə dinindən, nə də dünyasından faydalana bilməyən bir kəslə oturub-durma ki, o adamdan xeyir görməzsən. Sənin haqqını tanımayan, o haqlara riayət etməyən adamın sən də hörmətini saxlama.
* Ey Əli! Allah cənnəti dilində yaman olub yaman deyən, söhbətinə, danışığına fikir verməyən pis dillilərə haram etmişdir.* Ey Əli! Xoş o kəsin halına ki, ömrü uzun, əməlləri yaxşı ola.
* Ey Əli! [Çox və yersiz] zarafat etmə ki, bu cür zarafatlar sənin nurunu və əzəmətini aradan aparar. Yalan danışma ki, yalan da insanın üzünün nurunu məhv edir. İki sifətdən uzaq ol: İnciklik və tənbəllikdən; çünki tez inciyən adamın haqq bir işə səbri çatmır, tənbəl adam isə haqqı əda edə bilmir.
* Ey Əli! Pis əxlaqdan başqa, yerdə qalan bütün günahlar üçün tövbə vardır. Çünki əxlaqı pis və kobud olan şəxs bir günahdan nicat tapdığı zaman tez də başqa bir günaha mübtəla olur.
* Ey Əli! Qəlbi incik olub qəm qüssəyə dalan adamın yanından rahatlıq köç edər.
* Ey Əli! Allah-təala behişti iki növ kərpicdən hördü: biri qızıl kərpicdən, digəri gümüş kərpicdən. Onun divarını yaqutdan, tavanını zəbərcəddən, sütunlarını mirvariddən, torpağını zəfəran və müşkdən qərar verdi. Sonra behiştə xitab edərək buyurdu: Danış! Behişt dedi: Həmişə var olacaq yeganə Allahdan başqa Allah yoxdur. Xoşbəxt o kəsdir ki, mənə daxil olur.Allah-təala buyurdu: İzzət və cəlalıma and olsun ki, heç bir şərabxor, (daimi şərab içib, ondan əl götürməyən şəxs) söz gəzdirən, biqeyrət, arvadsifət, kəfən oğrusu, bac alan, qohumları ilə əlaqəsini üzən, cəbri məzhəb, darğa ona daxil olmayacaqdır.Həmçinin buyurdu: Yırtıcı şirdən qaçdığın kimi cüzamlı adamdan da qaç.Möhtəlim və cünub olmuş kişinin qüsl almamış öz arvadı ilə yaxınlığı məkruhdur. Əgər belə etmiş olsa və həmin yaxınlıqdan uşaq dünyaya gəlsə və o uşaq divanə olsa özlərindən başqa kimsəni danlamasınlar. Arx kənarında işəmək məkruhdur.Meyvəsi olan ağacın altında insanın oturub qarnını boşaltması məkruhdur. Ayaq üstə duraraq insanın tualet etməsi məkruhdur. Ayaq üstə ayaqqabı geymək də məkruhdur. Qaranlıq bir evə çıraqsız girmək məkruhdur.
* Ey Əli! Şərafətin və şəxsiyyətin eybi lovğalıqdır.
* Ey Əli! Allah-təaladan qorxan kəsdən hamı və hər şey qorxar. Allahdan qorxmayan kəsi Allah hər şeydən qorxudar.
* Ey Əli! İki il atana və anana yaxşılıq etmək üçün yol get, bir il qohumlarına sileyi-rəhm etmək üçün yol get, bir mil xəstələrə baş çəkmək üçün, iki mil cənazənin dəfni üçün, üç mil də`vət edənin çağrışına getmək üçün, dörd mil din qardaşına baş çəkmək üçün, beş mil çətinliyə düşənə kömək etmək üçün, altı mil zülm və sitəm görmüşə kömək üçün yol get. Çoxlu istiğfar etməyi yaddan çıxarma.
* Ey Əli! Allaha and olsun, əgər alçaq adam quyunun dibində olsa, Allah-təala bir külək qaldırar ki, bununla onu [həmin girdabdan çıxarıb] alçaqların hakim olduğu dövlətdə onların ən yaxşılarının başında yerləşdirsin.
* Ey Əli! Özünü mövlasından qeyrisinə nisbət verən kəsə [ki onların “vila” həqqinin pozulmasına gətirib çıxarır]Allahın lə`nəti olsun. Həmçinin işçinin muzdunu verməyən kəsə Allahın lə`nəti olsun. Bir hadisəyə mürtəkib olmuş kəsə və ya həmin işə mürtəkib olmuş kəsə yer vermiş adama da Allahın lə`nəti olsun.–Ərz edildi: Ey Allahın rəsulu, o nə hadisədir?buyurdu: Qətl və adam öldürmək.
* Ey Əli! Mö`min o kəsdir ki, müsəlmanlar onu öz canlarına, mallarına nisbətdə əmin hesab edirlər. Müsəlman o kəsdir ki, müsəlmanlar onun dilindən və əlindən bir ziyan görməsinlər. Mühacir o kəsdir ki, öz günahlarından hicrət etsin və uzaqlaşsın.
* Ey Əli! İmanın ən möhkəm tutarı Allaha görə sevmək, dost olmaq və həmçinin Allaha xatir düşmənçilikdə bulunmaqdır.
* Ey Əli! Allah-təala islamın vasitəsilə cahiliyyətin təkəbbürünü, nadanlığını, ataları ilə fəxr etmələrini aradan qaldırdı. Agah olun ki, insanlar Həzrət Adəmdən (ə) yaranmışlar, Həzrət Adəm (ə) isə torpaqdan. Allah yanında ən əziz kəs, insanların ən çox təqvalı olanıdır.
* Ey Əli! Murdardan, itdən, şərabdan gələn gəlir, zinakar qadının mehriyyəsi, hökm çıxartmaqda alınan rüşvət, falçıya verilən muzd– bunların hamısı haram mal sayılır.
* Ey Əli! Bir kəs öldüyü zaman camaat onun haqqında deyər: Özündən sonra nə qoyub getmişdir? Mələklər deyər: Özündən qabaq nə göndərmişdir?
* Ey Əli! Dünya mö`minlərin zindanı, kafirin isə behiştidir.
* Ey Əli! Qəfil ölüm mö`min üçün rahatlığa, kafir üçün isə təəssüfə və həsrətə səbəb olur.
* Ey Əli! Allah-təala dünyaya vəhy buyurdu ki, Mənə xidmət edən kəsə sən də xidmət et, sənə xidmət edən kəsi isə əziyyətə, məşəqqətə sal.
* Ey Əli! Əgər dünyanın Allah yanında ağcaqanadın qanadı qədər dəyəri olsaydı, kafirə onun bir içim suyunu da içirməzdi.
* Ey Əli! Qiyamət günü keçmişdəkilərdən və gələcəkdəkilərdən elə bir kəs tapılmayacaq ki, arzu edib deməsi: Ey kaş, dünya malı mənə bir ömürə yetəcək həddən artıq verilməyəydi.
* Ey Əli! İnsanların ən pisi o kəsdir ki, Allahın qəzavü-qədərinə e`tiraz edir və Allahı öz taleyində [güman etdiyi sitəmə və ədalətsizliyə görə] müttəhim edir.
* Ey Əli! [xəstəlik halında olan] mö`minin naləsi “sübhanəllah” deməyin savabına bərabərdir, onun fəryadı “la ilahə illəllah” deməyə, xəstəlik yatağında yuxusu isə ibadətə bərabərdir. Yataqda bir böyrü üstündən o biri böyrü üstünə çevrilməsi Allah yolunda cihad edirmiş kimidir. Əgər şəfa tapsa, camaat arasında yol getsə, artıq bütün günahlardan təmizlənmiş halda olar.
* Ey Əli! Əgər mənə kəllə-paça yeməyə də`vət etmiş olsalar, gedərəm.
* Ey Əli! İslam çılpaqdır. Onun libası abır-həyadır, zinəti vəfadır. Cavanmərdliyi saleh əməldir, sütunu zöhd və təqvadır. Hər bir şeyin əsası və bünövrəsi olur; islamın da kökü, əsası biz əhli-beyti sevməkdir.
* Ey Əli! Pis əxlaqlı olmaq nəhs və namübarəkdir. Qadına itaət etmək peşimançılığa səbəb olur.
* Ey Əli! Yükü yüngül olanlar nicat tapdılar.
* Ey Əli! Bilərəkdən mənim adıma yalan qoşanların, mənim adımdan yalan söyləyənlərin yeri atəşdir.
* Ey Əli! Misvak işlətmək (dişlərin yuyulması) sünnətdəndir. Misvak ağızı pak edir, gözün nurunu artırır, Rəhman olan Allahı şad edir. Dişləri ağardır, damağı möhkəmlədir, iştəhanı artırır, bəlğəmi aradan aparır, hafizəni gücləndirir, yaxşılıqları iki bərabər edir, mələkləri sevindirir.
* Ey Əli! Allah-təala göndərdiyi bütün peyğəmbərlərin nəslini onların öz sülbündən qərar verdi, mənim nəslimi isə sənin sülbündə yerləşdirdi. Əgər sən olmasaydın, mənim nəslim, zürriyyəm də olmayacaqdı.
* Ey Əli! İman baxımından insanların ən təəccüblü olanı, yəqin baxımından da onların ən əzəmətlisi axirəzzəmanda olacaq bir dəstədir. Onlar peyğəmbəri (sə) görməmişlər, imamları və höccətləri onlardan qayibdir, ancaq kağız üstündə olan qaraya (kitab yazıları) iman gətirmişlər.
* Ey Əli! Südünü içmədiyin, ətini yemədiyin heyvan dərisinin üstündə namaz qılma. “Zatul-ceyş”də, “Zatul-səlasil”də,[2] “Zəcnan” da[3] namaz qılma.
* Ey Əli! Yumurtalardan (yumurta qoyan heyvanlar) iki tərəfi (forma baxımından) fərqli olanını ye. Balıqlardan hansının pulu olsa onu ye. Quşlardan hansıları havada qanad çalaraq uçursa, onu ye, o quşlar ki, havada süzərək uçurlar, qanad çalmırlar, onlara toxunma. Su quşlarından hansının çilədanı olsa və ya ayağında “xoruz tikanı” olsa onu ye.
* Ey Əli! Vəhşi heyvanlardan hansının uzun kəsici dişi olsa, quşlardan hansının iti caynaqları olsa, onların ətini yemək haramdır.* Ey Əli! Bağdan oğurlanan meyvəyə görə insanın əlini kəsməzlər.
* Ey Əli! Zinakarın öhdəsində heç bir kəbin və mehriyə yoxdur. Kinayə ilə deyilmiş bir söz [cinayətə e`tiraf kimi qəbul edilmir] və həddə səbəb olmur. Hədd barədə heç bir şəfaət qəbul edilmir. Sileyi-rəhminin, qohumla əlaqələrin kəsilməsi barədə içilən and caiz deyil. Həmçinin oğulun, atasının onunla müxalifəti zamanı içdiyi and caiz deyil. Eləcə də qadının, ərinin onunla müxalifəti zamanı içdiyi and caiz deyil. Sükut orucu da caiz deyil. Vüsal orucu (səhərdən o biri səhərə qədər və ya iki gün, ya bir-neçə gün iftarsız olaraq) caiz deyil.
* Ey Əli! Ata öz övladını öldürdüyü halda qisas olunmur. (yə`ni qisas olaraq öldürülmür.)
* Ey Əli! Allah bəndənin ürəyi qəflətdə və diqqətsiz halda etdiyi duasını qəbul etmir.
* Ey Əli! Alimin yuxusu abidin ibadətindən üstündür.
* Ey Əli! Alimin iki rükət namazı abidin min rükət namazından üstündür.
* Ey Əli! Arvad ərinin icazəsi olmadan müstəhəbbi oruc tutmamalıdır. Qonaq ev sahibinin icazəsi olmadan müstəhəbbi oruc tutmamalıdır.