Ey qara donlu, kafir yadelli,
Kəs ayağını Türk torpağından
Daha bəsdir tökdüyün qanlar
Lənət olsun sənə qəddar, Şaumyan
Sən çirkin niyyətli bolşevik dostu,
Qırğınlar törətdin saysız, hesabsız
Kiriməz minlərlə günahsız ruhu
Unutmaz o günü Zəngəzur, Naxçıvan
Bakıda iyirmi min adam qırdılar
Nalələr bürüdü O gecə aləmi
Xalqa divan tutdu “Daşnaksütyun”lar
Viran qoyub bu abad şəhəri
“Qırmızı Qvardiya” –cəllad dəstəsi
Tutub Bakını topa, atəşə
Öldürüb uşaq, cavan, qadını
Göz dağı verdilər dinc əhaliyə
Qoynunda gətirən gənc canazəsin
Bu başı bəlalı, doğma şəhərə
Üzüb gəldi möhtəşəm “Evelina”
Yaydılar canilər döyüşür guya
Yığıb malakanı, rusu, xaçlını
“Üsyançı” şəhəri “susdurmaq” üçün
Silahsız kütləni atəşə tutdu
Şamaxı, Kürdəmir, Lənkəran, Salyan
İmdad diləyirdi gör neçə qəza
Özünə fəxr bildi murdar Hamazaps
Düzməyi gözləri muncuğa vurub
Quba 90-illik dərdi gizlətdi
Bağrında şəhidə abidə salıb
Erməni gör necə bir millətimiş?
Türkün əsrlərdir qanına susayıb
Qudyalçay sahili oldu məzarlıq
Dəfn edib xalqını qoynunda diri
Xaraba qoyuldu vətənim, elim
Üçüncü aylardan, gün otuz biri
Güldür
Bıçaq itidir yaman
Al ələ, sanc ürəyə
Öldür canın qurtarsın
Güldür özünü mənə
Bağban qayçısına dön
Mənsə yasəmən olum
Doğra ləçəklərimi
Güldür özünü mənə
Həbs et, edama çıxar
İp ol boynuma dolan
Çək bədəndən ruh ayır
Güldür özünü mənə
Dözmək olmur görürəm
Çətindir sənə, canım
Çığır, ay qadan alım
Güldür özünü mənə
Qoyarammı bəs mən heç
Yora mənsizlik səni
Qalx əlimdən dağa çıx
Güldür özünü mənə
Bəsdir daha gizlədin
Bu eşq, məhəbbətini
Yaz tezcə məktub yolla
Güldür özünü mənə