Biri varıydı, biri yoxuydu...
Bir ürək varıydı...
Hamı ürəklər kimi asudə döyünür, öz ürək ömrünü yaşayırdı...
Bir gün bu ürəyə "balaca bir dünya” qonaq gəldi. Ürək onu mehribanlıqla qəbul elədi, dərin bir güşəsində ona yer ayırdı, kimsə bu "balaca dünyanı” narahat etməsin deyə...
Ürək sevinirdi belə qonağının gəlməsinə...
Bu balaca dünyanın hər sözü, hər kəlməsi ona qanad verir, arzularını, xəyallarını pərvazlandırır, ürəynini daha da həyata bağlayırdı. Ürək döyündükcə, daha da döyünürdü, sevə-sevə döyünürdü.Bu "balaca dünyanın” varlığına sevinə-sevinə döyünürdü.
"Balaca dünya”ürəyin dərin bir guşəsində yaşamağından narazı idi.
Çünki bu dərin guşə onun şıltaqlığına, ərköyünlüyünə sığmırdı. O, bu ürəyin hamısını zəbt etmək, yalnız özününkü etmək istəyirdi. Balaca toppuş əlləri ilə ürəyi tez-tez sıxır, cırmaqlayır, onu şirin-şirin incidirdi... Bir gün, beş gün....
Nəhayət ürək dözməyib, ondan niyə belə etdiyini soruşanda aldığı cavabdan ani olaraq sarsıldı, dondu, dayandı...
Amma özünü toparlaya bildi....
Səbrlə, təmkinlə "balaca dünyaya”öz yolunu, öz yerini göstərdi...