Qəm çökər sinənə yersiz qonaq tək,
Ardınca iztirab,acı gələcək,
Nələr çəkdiyini də kim biləcək,
Qapılıb ömrünün səssizliyinə..
Hər zaman bir damla itər həvəsin,
Bilirəm dərdi var indi hər kəsin,
Qəlbinin ahını anladır səsin,
Qapılıb ömrünün səssizliyinə.
Daha uzaqdadı sevgi qatarı,
O çoxdan keçmişdi qarlı dağları,
İncidib küsdürdün vəfasiz!yarı,
Qapılıb ömrünün səssizliyinə.