Göbələkli səbət makaron resepti

Son güncelleme: 29.04.2015 18:10
  • Tərkibi:
    Xarici Üçün
    Yarım Paket Spagetti makaron
    Marqarin(kərə yağı)

    İçi Üçün
    Yarım paket makaron
    300 qr göbələk
    Kərəyağı
    2 yemək qaşığı un
    1 stəkan süd
    Kəklik otu
    Qara istiot

    Hazırlanması:
    Əvvəlcə spagetti makaron qaynadılıb soyumağa buraxılar.
    Sobaya dayanıqlı şüşə qab marqarin ilə yağlanır.
    Soyuducuda 10 dəqiqə gözlədilər. (donması üçün)
    Soyuyan makaron qabın tam ortasından başlanaraq düzülər. (yumru şəkildə)
    Bu şəkildə bütün qab makaron ilə qabanıb yenidən soyuducuya qoyulur.
    İç vəsait üçün yarım paket makaron qaynadılıb süzülər.
    Göbələklər doğranıb çox az maye yağ və kəklik otu ilə qovrulur.
    Ayrı bir qazanda kərəyağı ilə un qovrular.
    Az-az süd əlavə edilərək, sous bişirilər.
    İstiot və duz əlavə olunub, ocaqdan alınar.
    Qovrulan göbələklərlə sous qarışdırılıb, makarona əlavə edilir.
    Soyuducuda gözlədilən soba qabının içinə souslu makaron yavaşca yerləşdirilər.
    Üstünə də qabın alt qarına düzüldüyü kimi, ortadan başlayaraq makaron düzülüb bağlanılar.
    180 dərəcədə altı qızarana qədər bişirilər.
    Böyük bir serviz qabına tərs çevrilərək xidmət edilər.
    Diləsəniz sobaya dayanıqlı kiçik qablara kiçik porsiyonlarla da hazırlaya bilərsiniz.

    Nuş olsun!

    alıntı
#29.04.2015 18:10 0 0 0