Tərkibi:
125 q marqarin,
2 yumurta,
1,5 stəkan şəkər tozu,
1,5 portağal rəndəsi,
1 paket qabartma tozu,
Un,
Çölü üçün portağal rəndəsi və ya şəkər pudrası,
Hazırlanması:
Marqarin, yumurta və şəkəri krem kimi qarışdırın.
Ardından portağal rəndəsini , qabartma tozu, un, 1 ədəd portağal suyunu əlavə edib xəmir yoğurun.
Xəmiri qoz böyüklüyündə kündələrə ayırıb heç basdırmadan portağal rəndəsi və ya şəkər tozuna batırın.
170 dərəcə temperaturda üzəri qızarmadan kurabiyyə çatlayınca fırından çıxardın.