Ballı pomidor salatı

Son güncelleme:
  • Tərkibi:

    3-4 bərk pomidor

    sous:

    50 ml bitki yağı
    1 ç.q. duru bal
    1 x.q. doğranmış təzə nanə
    2-3 diş xırdalanmış sarımsaq
    duz

    Pomidorları fal-fal doğrayın (çox nazik olmasın). Salat qabına düzün.
    Sous üçün olan ərzağı qarışdırıb pomidorların üzərinə gəzdirin.
    Süfrəyə verməzdən öncə ən azı 20 dəqiqə saxlayın.
    Ət xörəkləri ilə əla dadır.

    Nuş olsun!

    alıntı
0 0 0