Fastfud evdə- Tez və sağlam

Son güncelleme:
  • Çizburqer

    4 qamburqer üçün xüsusi çörək
    700 qr mal əti (farş da ola bilər)
    1 soğan
    4 lay qamburqer pendiri
    1 böyük pomidor
    Kahı
    Zeytun yağı
    Duz, istiot
    Duzlu xiyar
    Ketçup

    Hazırlanması:
    1. Mal ətini maşından çəkin, duz və istiot vurun.
    2. Qida polietilenindən istifadə edərək, qalınlığı 1-1,5 sm olan yumuru kotletlər hazırlayın və zeytun yağında qızardın.
    3. Soğan, pomidor və duzlu xiyarı yumuru formada kəsin.
    4. Çörəyi qızıdırın və iki yerə bölün. Ardınca kahı, pomidor, soğan, duzlu xiyar, kotlet və pendir qoyub üstünü çörəyin ikinci yarısı ilə örtün.

    Naqqets

    2 toyuq filesi
    1 yumurta
    Duz,istiot
    Zeytun yağı
    Xırdalanmış suxari (şirin olmayan)
    Süd

    Hazırlanması:
    1. Fileni yuyun, qurudun və böyük olmayan hissələrə ayırın. Duz və istiot vurun, ardınca südü üzərinə töküb 30 dəqiqə gözlədin.
    2. Bir qabda suxarini qoyun, digərində yumurtanı çalın.
    3. Tavada zeytun yağını qızdırın.
    4. File hissələrini ilk öncə yumurtaya, sonra isə suxariyə batıraraq qızardın.

    “Free” ziyan olduğu üçün kartof qızarda bilərsiniz, lakin “free” hazırlayan maşınınız varsa, evdə kartofu uzun-uzun doğrayıb bişirə bilərsiniz. İçki kimi sadə su və ya təbii meyvə şirələrini istifadə edin. Nuş olsun!


    alıntı
0 0 0