Limonadın hazırlanması

Son güncelleme:
  • Lazım olanlar: 10 ədəd limon, 700 qr şəkər tozu, 4 L su, 1 portağal, yaşıl nanə yarpaqları.

    Hazırlanma qaydası:

    Limon və portağalın qabıqlarını soyub, rəndələyin. Bunları şəkər tozu ilə ovaraq 15 dəqiqə qarışdırın. Portağal və limonların hər birini 8 dilimə bölün. Şəkər qarışığına bu dilimləri əlavə edin. Yarım litr su əlavə edin.

    Qarışdıraraq əzin. Yarım litr su yenə əlavə edin və qarşdırın. Bunu 3 dəfə təkrar edin. Sonra qalan 2,5 litr suyu da əlavə edin. Təmiz bezdən süzün. Təzə nanə yarpaqları ilə bəzəyin. Nuş olsun!

    alıntı
0 0 0