Sevərsənmi - Ruslan Əliyev

Son güncelleme: 12.08.2015 12:09
  • Sevərsənmi şeiri - Ruslan Əliyev şeirləri
    noimage

    Günəş olub sənin ömrünə saçsam,
    qəlbimi,sirrimi tək sənə açsam.
    Səni götürüb eşq dünyama qaçsam,
    sevərsənmi söylə o zaman məni.

    Heç kimin yox yalnız səninəm desəm,
    ruhumu ayağının altına sərsəm,
    dünyanın içində dünyamsan desəm,
    sevərsənmi söylə o zaman məni.

    Şirin duyğularla qəlbinə dolsam,
    uğrunda gül kimi saralıb,solsam.
    Ömürlük sənə vəfalı yar olsam,
    sevərsənmi söylə o zaman məni.

    Desəm sənsən mənim arzu,dıləyim,
    köksümdə çırpınan,vuran ürəyim.
    Su kimi hava kimi mənim gərəyim,
    sevərsənmi söylə o zaman məni.

    noimage

    Ruslan Əliyev
#12.08.2015 12:09 0 0 0