Şeytanın zəif hiyləsi

Son güncelleme: 14.08.2015 02:50
  • Şeytan hiyləsi - Şeytanın zəif hiyləsi haqqinda - Dini movzularda

    noimage

    Allah hər insanı bu dünya həyatında sınayır. Və hər insanın bu sınaq əsnasında göstərdiyi əxlaqa və imanına görə, əsl həyatının cənnətdə və ya cəhənnəmdə olacağı təyin olunmuş olur. Allahın qulları üçün yaratdığı bu sınaq isə son dərəcə asan və rahatdır. Daha əvvəlki mövzularda da toxunulduğu kimi insana düşən Allahın Quranda bildirdiyi və insana dünya həyatında da xoşbəxtlik və hüzur gətirən həyatı yaşamaqdır. Allah, bu imtahan içində isə imana qarşı mənfi bir güc olaraq şeytanı yaratmışdır. Allahın ayələrində bildirdiyi kimi, şeytan insanların düşüncələrinə vəsvəsə verərək, onlara imansızlığı təlqin edərək, və ya bəzi insanların hərəkətləri və söhbətləri vasitəsilə, insanları dindən, Allahın əmrlərindən və gözəl əxlaqdan çevirmək üçün səy göstərir. Bunun üçün hər yolu sınayır, insanlara müxtəlif tələlər qurur. Şeytanın insanın bir düşməni olduğunu Allah bir ayəsində belə xəbər verməkdədir:

    Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə Surəsi, 208)

    Lakin Allahın ayələrdə də bildirdiyi kimi şeytanın insanlar üçün hazırladığı hiylələr çox zəifdir və iman gözüylə baxan biri şeytanın tələlərini dərhal görər və pozar. Allah Quranda şeytanın hiylələrinin çox zəif olduğunu və insanlar üzərində hökmranlığı olmadığını xəbər vermişdir.

    Qurandakı,

    İş bitdikdə şeytan deyəcək: Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır. (İbrahim Surəsi, 22)



    Rəbbimiz şeytanın yalnız səmimi qullarının üzərində bir təsirinin ola bilməyəcəyini ayələrində belə xəbər verməkdədir:

    (İblis) dedi: Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;Təkcə Sənin seçilmiş (ixlaslı) qullarından başqa! (Sad Surəsi, 82-83)

    Buna qarşılıq şeytanın çağırışlarına tabe olan və onu dost edənlərin sonu isə ayədə belə açıqlanmaqdadır:

    Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (Furqan Surəsi, 29)


    Əziz oxucular çox insan alın yazısının olduğuna inanır və ona görə çoxları savab işlər etmir.. Məsələn Namaz qılmayanlar bunu Allahın alin yazısı olduğunu fikirləşir və zatən alın yazımda yoxmuş Namaz qılmaq deyir və istədiyi kimi dindən uzaq hayat sürür. Amma insan həyata gələndə heç bir alın yazısı falan olmur və lakın biz özümüzü başa düşəndən qədərimiz müəyyənləşməyə başlayır. Bele bir misal verək ki, insan bir günah işləyə və bu böyük gunah olduğuna görə Allah ona hansısa savablı əməli qismət etməz və yaxud onu hansısa bəlaya düçar edər. Bir alim deyir əgər gedəndə ayağın daşa ilişdi yıxıldın bilki hansısa əməlinin kəffarəsidir.. Ama həmişə doğru yolda olanın Allah Təala bu dunyada olmasa da o dunyada gec tez savabını verər.. Bizim Müəllim hey deyər ki, əgər pis əməlin cəzası varsa yaxşı əməlin də mükafatı vardır.. Əziz dostlarım anlayacağınız alın yazısı deyə bir şey yoxdur və hər şey insanın öz iradəsi altındadır. Nəfsimizi ardınca gedib bəladan başqa bir şey qazanmarıq, ağlımızın dediyinə əməl edib Allahın razılığını qazanarıq.


    Alinti...
#14.08.2015 02:50 0 0 0