Günəş - Nüsrət Həsən

Son güncelleme: 18.08.2015 13:50
  • Nüsrət Həsən şeirləri - Günəş şeirin oxu

    Son görüş hələ də xatirimdədi,
    O gəldi yanıma gözündə yaşla.
    Söylədi ailəm ayırır bizi
    Səni tərk edirəm məni bağışla.˚
    ***
    O an anlamadım nə olduğunu
    Bir anda titrədi gözümün ağı.
    Çıxıb kirpiyimə bir neçə damcı
    Süzülüb islatdı quru torpağı.
    ***
    Söylədim -Qulaq as bu ola bilməz
    Nə üçün sən razı olursan buna?
    O da mənim kimi gözləri yaşlı
    Dedi çatmalıdı sevgimiz sona.
    ***
    Sonra uzaqlaşıb itdi gözümdən
    Pərişan şəkildə qayıtdım evə.
    Sanırdım hər şeydən çox sevir məni,
    Nə üçün ayrıldı bəs sevə-sevə?
    ***
    Sevməsə nə üçün ağlayır axı?
    Suallar içində qalmışdım o gün.
    Ən qısa zamanda açıldı hər şey
    Sən demə pul imiş məndən də üstün.
    ***
    Bahalı maşında dəydi gözümə
    Yanında var idi imkanlı biri.
    Ağlamaq yerinə çox sevinirdi
    Bu dəfə gülürdü həmin gözləri.
    ***
    Sonuncu göz yaşı tərəzi imiş,
    Məni özgəsinə satırmış demə.
    Vəfasız əslində ağlamayırmış
    Gözünü günəşə tuturmuş demə.
    Gözünü günəşə tuturmuş demə.
    ***
    müəllif: Nüsrət Həsən
#18.08.2015 13:50 0 0 0