Müğənni Miri Yusifin bir çox mahnılarının müəllifi olan Murad Quliyev onunla bağlı bir sıra ittihamlar səsləndirib. Xəbər verir ki, M. Quliyev aznews.az saytına yolladığı videoda müğənnini oğurluqda ittiham edib.
Video müraciətdə M. Yusif tərəfindən haqlarının tapdandığını iddia edən M. Quliyev bunun ilk hadisə olmadığını bildirib. O həmçinin qeyd edib ki, Soruş, Adınla bağlı, Etiraf, Sən mənimsən, Səndən olmaz, Yoxam mən, Mən küləyəm, “İki doğma insan, Bağışla və s. kimi mahnılar da ona məxsusdur.
Xatırladaq ki, Türk müğənnisi Funda Arar M.Yusifin repertuarında yer alan Bağışla, mahnısını ifa edib və klip çəkdirib. M. Yusif isə türkiyəli sənətçini ondan icazəsiz mahnısını oxuduğuna görə oğurluqda ittiham edərək məhkəməyə verəcəyini bildirib. Bu qalmaqal Türkiyə mətbuatında da yer alıb.
Miri Yusifin mətbuat xidmətindən Lent.az-a bildirildi ki, gün ərzində bu ittihamlarla bağlı mətbuata açıqlama veriləcək.