d. 14.1.1960, Şərur rayonunun Aşağı Aralıq k.) - dövlət xadimi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri. Naxçıvan Dövlət Pedaqoji Institutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini (1981-ci il) və Bakı Dövlət Universitetinin hüquq fakültəsini (1998-ci il) bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlamış, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), Xüsusi şöbənin rəisi vəzifələrində çalışmışdır. 