Dünya şöhrətli aktrisa boşanmaq üçün ərizə verdi

Son güncelleme: 24.08.2015 00:14
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    Ən cazibədar aktrisalarından sayılan Meqan Foksla həyat yoldaşı Brayan Ostin boşanmaq qərarına gəliblər.
    Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa artıq boşanma ərizəsini məhkəməyə təqdim edib. O, ərizədə ənənəvi olaraq "uzlaşa bilmədiklərini" səbəb göstərib. 5 ildir evli olan cütlüyün aralarında nikah müqaviləsi olmadığı üçün onların ailə sərvətini bölüşdürməsi bir müddət gündəmdə ola bilər.



    Bundan əvvəl belə bir problem müğənni Qven Stefani və həyat yoldaşı Qevin Rossdeyl boşanarkən baş vermişdi



    Qeyd edək ki, Meqan Foksla Brayan Ostin 2010-cu ildə ailə qurublar. Cütlük 2004-cü ildən sevgilidir. Onların Noa və Bodi adlı azyaşlı uşaqları var.


    Alinti...
#24.08.2015 00:14 0 0 0