Şou biznesi İlhamə Quliyeva idarə edir

Son güncelleme: 24.08.2015 12:28
  • Show Biznes xeberleri - Meşhurlar
    noimage
    Müğənni Elvin Abdullayev şou-biznesi idarə edənlərdən danışıb.

    İfaçı "Onlar"a açıqlamasında sənət aləmində hər şeyin xalq artisti İlhamə Quliyevanın əlində olduğunu deyib:

    "Şou-biznesi qaymaqlar idarə edir. Onun başında isə İlhamə Quliyeva dayanır. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev və Röya da idarə edənlər arasındadır. Kimsə çaşanda isə İlhamə xanım ona çəki-düzən verir. Şou-biznesi Tolik idarə edə bilməz. Bu aləmi qaldırmaq məsələsi onluq deyil. O, sadəcə, iş düzüb-qoşa bilər. Hərənin öz qruplaşması var. Kiminsə irəliləməsi onlardan asılı deyil. Sadəcə, kimi hara yönləndirmək onların əlindədir. Mən İlhamə Quliyevanın qruplaşmasında olmaq istəyərəm".

    alıntı
#24.08.2015 12:28 0 0 0