Müğənni Manaf Ağayev ilk dəfə olaraq “İnstagram” səhifəsində oğlunun fotosunu paylaşıb. Lent.az-ın məlumatına görə, ifaçı şəklə “Oğlumla toyda. Bütün subaylara qsmət olsun”.
Xatırladaq ki, ifaçı ötən ay açıqlamasında oğluna toy edəcəyini açıqlayıb: “Oğlum ailə qurmağa hazırlaşır. Yaxın günlərdə toyunu edəcəm. Amma hələ “hə”si olmayıb. Ailə quracağı xanımı da özü seçib. Qohumlarda olan subay qızlardan kimi məsləhət bildiksə, razı olmadı. Bu, onun seçimidir”.
Qeyd edək ki, M.Ağayevin bir qızı, iki oğlu var. Qızı iyun ayında ailə qurub. İki oğlu isə subaydır.