Son şeir - Rəvan Nişançı Məmmədli

Son güncelleme: 28.08.2015 14:41
  • Rəvan Nişançı Məmmədli şeirləri - Son şeir oxu


    Birdə səndən şeir yazmayacağam
    Səbəbin soruşma deyə bilmərəm
    Hər səndən yazanda qələm inciyir
    Qələmin xətrinə dəyə bilmərəm
    Yazdığım şeirlər bitirdi məni
    Hər sətrin başında kaş oldu sözüm
    Oxuya bilmədim bir şeirimi
    Birinci bəndində yaş oldu gözüm
    Dərd,kədər içində tək qoydun məni
    Sevən sevdiyinə qıymaz deyirlər
    Özgə ürəklərdə gəzdiyin zaman
    Dərdimin dərmanı oldu şeirlər
    Səni sevdiyimə peşman olmuşam
    Çox şükür ayrılıq pənah gətirdi
    Aldı gəncliyimi bu sevgi məndən
    Çiynimə dağ boyda günah gətirdi
    Guya ki, dərd, kədər azıydı məndə
    Durmadan dərd qatdın dərd sırasına
    Oxuyub güldüyün şeirlərimin
    Dəyməzsən inanki, bir misrasına

    Rəvan Nişançı Məmmədli
#28.08.2015 14:41 0 0 0