Toyuq əti və noxuddan kolbasanın hazırlanmasi

Son güncelleme: 30.08.2015 00:52
  • Toyuq əti və noxuddan kolbasanın terifi ve terkibi - Toyuq əti və noxud nece hazirlanir?

    noimage

    Tərkibi

    300 q toyuq filesi
    300 q hisə verilmiş toyuq əti
    150 q noxud
    1-2 yumurta
    3 x.q. qarğıdalı nişastası
    ədviyyat, duz - zövqə görə
    Toyuq ətini, bişmiş noxudu ət maşınından keçirin, digər ərzaqları əlavə edin, təxminən 1 st. su əlavə edin ki, yumşaq olsun (püre halında).

    Nişasta əlavə edib qarışdırın.

    Ədviyyat əlavə edin (quru sarımsaq tozu, otlar, qara, qırmızı istiot və s.)

    Qida plyonkasını masaya sərin. Bir qırağından farşı kolbasa kimi qoyun. Səliqə ilə bükməyə başlayın.

    Bir başını bağlayın. Kolbasanı hamarlayıb o biri başını da bağlayın.

    Diş çöpü ilə kolbasanın üstündə bir neçə yerindən deşik açın ki, bişən zaman havası çıxa bilsin.

    Bunu 20-30 dəqiqə buxarda, yaxud suda qaynada bilərsiniz. Bişəndən sonra qızartmaq istəsəniz, üstünün plyonkasını açın, üzərinə zeytun yağı çəkin, sobada üstü qızaranadək bişirin.

    Nuş olsun.

    alinti...

#30.08.2015 00:52 0 0 0