əl-Fil surəsi

Son güncelleme:
  • Qurani Kərim - əl-Fil surəsin oxu

    noimage

    əl-Fil (Fil) surəsi

    (Məkkədə nazil olmuşdur, 5 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - (Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
    2 - Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
    3 - Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.
    4 - (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.
    5 - (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə;) döndərdi!

    alinti...
0 0 0