Düz qarına sahib olmaq üçün bunları edin

Son güncelleme: 04.09.2015 21:59
  • Düz qarın haqqinda - Düz qarına sahib olmaq ucun ne etmeli?

    noimage

    Düz qarın hər qadının xəyalıdır. Bəs düz qarına sahib olmaq üçün nələr edirsiniz?
    Düz qarın, incə bir bel düşündüyünüz qədər də uzaq deyil. Aile.lent.az qarın yağlarından qurtulmağınıza yardım edəcək qidalanma tövsiyələrini təqdim edir.

    Düz qarına sahib olmaq üçün Omega3-lə zəngin qidalarla qidalanmalısınız. Qida rasionuna rahat şəkildə balıq əlavə edin. İşlənmiş yağlar göbək bölgəsində yağlanmaya səbəb olur. Buna görə çips, peçeynə, tort kimi qidalardan uzaq durun. Qarın və bel bölgənizdəki yağlardan xilas olmaq və eyni zamanda enerjili qalmaq üçün qida rasionuna C vitamini ilə zəngin qidalar əlavə edin. Gün ərzində yediyiniz C vitaminli qidalar toxluq hissi yaradır və yağlanmanın qarşısını alır.

    Tünd yaşıl rəngli tərəvəzlər düz bir qarın üçün əvəzedilməz qidadır. Az kalorili yaşıl tərəvəzləri qida rasionundan əskik etməyin.

    Düz qarın üçün proteinlə zəngin qidalanın. Süd, balıq, qatıq, əlavə olaraq fındıq, qoz yeyə bilərsiz.

    K vitamini ilə zəngin olan avokadonu gündə yarım olaraq yeyin. Avokado beldə yağlanmaların qarşısını alacaq.

    Qarın bölgəsindəki yağlardan xilas olmaq üçün bol-bol su için.

    Yeməklərdən əvvəl 2 stəkan ilıq su için. Qarın yağlarının ən böyük düşməni qazlı içkilərdir. Əgər düz bir qarın istəyirsinizsə, qazlı içkilərə "əlvida" deyin. Hər gün mütləq 45 dəqiqə qaçın, ya da templi yeriyin.


    Yazar:Fərizə Əhmədova
#04.09.2015 21:59 0 0 0