Don və ətəklərin ən cazibədar detallarından biri şübhəsiz ki, yarıqlardır.
Dərin, ya da kiçik bir detal ilə bütün geyimin havasını dəyişdirən yarıqlar bu sezon da qadınların sevimlisidir. Üstəlik bu mövsüm yarıqlı geyimləri sadəcə xüsusi dəvətlərə deyil, gündəlik də geyinə bilərsiz.
Assimetrik don modasının ən sevimlisi əlbəttə, yarıqlardır.
Tək və dərin yarıqlar bu sezonun ən sevimli detallarından sayılır. Yerlərə qədər uzanan donlara havalı bir cazibə qatan tək yarıqla özəlliklə dəvətlərdə işıltınızla hər kəsin diqqətini çəkəcəksiniz.